Bank Of Baku

Qazaxıstan bu il 9 bərpa olunan enerji layihəsini istismara verməyi planlaşdırır

Qazaxıstan bu il 9 bərpa olunan enerji layihəsini istismara verməyi planlaşdırır
# 26 fevral 2025 17:29 (UTC +04:00)

Bu il Qazaxıstan ümumi gücü 455,5 MVt olan 9 bərpa olunan enerji layihəsini istismara verməyi planlaşdırır.

APA-Economics”in Qazaxıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev bildirib.

“Bu, ölkənin enerji balansında “yaşıl” enerjinin payını əhəmiyyətli dərəcədə artırmağa və karbon izini azaltmağa imkan yaradacaq”, - nazir qeyd edib.

Almasadam Satkaliyevin sözlərinə görə, 2024-cü ildə bərpa olunan enerji mənbələrinin ümumi istehsal həcmində payı 6,4% (7,58 mlrd. kVt/saat) təşkil edib.

Nazir onu da vurğulayıb ki, 2025-ci ildə Qazaxıstan 166 MVt ənənəvi elektrik enerjisi istehsal gücünü istismara verməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR