Bank Of Baku

Qazaxıstan bu il neft hasilatı və ixracını artırmağı planlaşdırır

Qazaxıstan bu il neft hasilatı və ixracını artırmağı planlaşdırır
# 26 fevral 2025 16:41 (UTC +04:00)

Bu il Qazaxıstan neft ixracını 2024-cü ildəki 68,6 mln. tondan bu il 70,5 mln. tona qədər (2,8% artım) artırmağı planlaşdırır.

Bu barədə “APA-Economics” Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstan neftinin əsas alıcıları onu CPC, Atırau-Samara və Atasu-Alaşankou boru kəmərləri, eləcə də Aktau limanı vasitəsilə alan ölkələrdir.

Nazirlik xatırladıb ki, 2024-cü ildə Qazaxıstanda 87,7 mln. ton neft hasil edilib. Planla müqayisədə cüzi azalma ən böyük yataqlarda – “Tengiz” və “Kaşaqanda” aparılan təmir işləri, eləcə də beynəlxalq müqavilələrlə bağlı müvəqqəti məhdudiyyətlərlə izah olunur.

"2025-ci ildə 96,2 mln. ton neft hasil edilməsi planlaşdırılırv (9,7% artım – red.). İlk növbədə ilin birinci yarısında fəaliyyətə başlamalı olan "Tengiz" yatağında genişləndirmə layihəsi hesabına hasilatın artacağı gözlənilir. “Qaraçaqanak”da və Xəzər şelfində də işlər davam etdirilir", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR