Qazaxıstan Moskva və Daşkənddən qazla bağlı rəsmi təkliflər almayıb

Qazaxıstan Moskva və Daşkənddən qazla bağlı rəsmi təkliflər almayıb
# 14 avqust 2023 17:13 (UTC +04:00)

Qazaxıstan Rusiya və Özbəkistandan “qaz birliyi” ilə bağlı rəsmi təkliflər hələ ki almayıb.

APA-Economics”in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.

"Nə Rusiya, nə də Özbəkistan tərəfdən rəsmi təklif olub. Bu ölkələrlə qaz sahəsində əməkdaşlıq ikitərəfli formatda qarşılıqlı faydalı tərəfdaşlıq əsasında həyata keçirilir", - hesabatda deyilir.

Məlumata görə, Rusiya qazının Özbəkistana nəqli üçün “Mərkəzi Asiya-Mərkəz” qaz kəmərinin Qazaxıstan hissəsinə hazırlıq gedir. İşləri 1 oktyabr 2023-cü il tarixinədək tamamlamaq planlaşdırılır.

Qeyd olunur ki, 2022-ci ilin noyabrında Rusiya Özbəkistan və Qazaxıstanı üç dövlətin bu sahədə kommersiya maraqlarını əlaqələndirmək üçün “üçlü qaz ittifaqı” yaratmağa dəvət edib. 2023-cü ilin yanvarında Özbəkistan və Qazaxıstanın energetika nazirlikləri Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlıq planı imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR