Bank Of Baku

Qazaxıstan və "Lukoil" birgə layihələri müzakirə edib

Qazaxıstan və "Lukoil" birgə layihələri müzakirə edib
# 02 fevral 2022 11:47 (UTC +04:00)

Qazaxıstanın Baş naziri Alixan Smailov və Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Nur-Sultanda görüş zamanı birgə investisiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Bu barədə “APA-Economics” Qazaxıstanın Baş nazirinin rəsmi internet saytına istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər karbohidrogenlərin kəşfiyyatı, hasilatı və nəqli, o cümlədən neft və qazın emalı sahələrində birgə investisiya layihələrinin vəziyyəti və həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd olunur ki, görüş zamanı xüsusi diqqət Qaraçaqanak layihəsinin gələcək inkişafına, “Kalamkas-Dəniz” və “Xəzər”, “Xvalınskoye”, "Mərkəzi", "Jenis" və "Əl-Farabi" layihələrinin həyata keçirilməsinə yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR