Qazaxıstan və “Transneft” 2024-cü il üçün neftin tranzitinə dair razılığa gəliblər

Qazaxıstan və “Transneft” 2024-cü il üçün neftin tranzitinə dair razılığa gəliblər
# 27 sentyabr 2023 14:18 (UTC +04:00)

Qazaxıstan neftinin 2024-ci ildə Rusiya ərazisi ilə nəql olunmasına dair müqavilə imzalanıb.

APA-Economics”in Rusiyanın neft nəqledici şirkəti olan “Transneft”ə istinadən verdiyi məlumata görə, “Transneft”in nümayəndə heyəti Qazaxıstanda işgüzar səfərdə olub və “Kazmunaygaz” milli şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev və “Kaztransoil” şirkətinin baş direktoru və idarə heyətinin sədri Talqat Kurmanbayevlə danışıqlar aparıb.

Məlumata görə, danışıqlar nəticəsində 2024-cü il üçün Qazaxıstan neftinin Rusiya ərazisindən tranzit daşınması üzrə xidmətlərin göstərilməsi haqqında saziş və “Transneft” ilə Qazaxıstanın neft kəmərlərinin operatoru "Kaztransoil" arasında yenilənmiş əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd olunur ki, 2024-cü ildə nəql üçün müraciətlərin həcmi hələ müəyyən edilməyib, lakin 2023-cü il üçün onlar təxminən 12 mln. ton təşkil edəcək.

Xatırladaq ki, Qazaxıstan neftinin bir hissəsi Azərbaycan ərazisi ilə də (Bakı-Tbilisi-Ceyhan kəməri ilə) dünya bazarlarına çatdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR