Qazaxıstanda 600-dən çox neft quyusunun işi dayandırılıb

Qazaxıstanda 600-dən çox neft quyusunun işi dayandırılıb
# 18 aprel 2024 14:10 (UTC +04:00)

Qazaxıstanın iki rayonunda neft hasil edən müəssisələr irimiqyaslı daşqınlar səbəbindən 634 quyunun istismarını dayandırıb.

Bu barədə “APA-Economics” Qazaxıstanın Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, ölkədə baş verən daşqınlar səbəbindən Aktobe və Atırau vilayətlərindəki bir sıra neftçıxarma müəssisələrində 634 quyunun işi dayandırılıb və bunun nəticəsində neft hasilatının ümumi itkisi 16 min ton təşkil edib.

Qeyd olunur ki, hazırda 141 quyunun istismarı bərpa edilib, 493 quyuda isə hasilat hələ də aparılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR