Bank Of Baku

“Qazprom” Avropa ölkələrinə qaz ixracını artırmağa davam edir

“Qazprom” Avropa ölkələrinə qaz ixracını artırmağa davam edir
# 16 avqust 2021 17:36 (UTC +04:00)

Cari ilin əvvəlindən (ilin 7,5 ayı ərzində) Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 123 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,8 mlrd. kubmetr və ya 21,5% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

İlkin məlumata görə, "Qazprom" ilin əvvəlindən  316,5 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 48,6 mlrd. kubmetr və 18,1% çoxdur.

Qeyd olunur ki, hesabat dövründə qazın alışı xüsusən Almaniya (+41,5%), Türkiyə (+188,5%), İtaliya (+15,9%), Serbiya (+121,5%), Rumıniya (+332,4), Polşa (+13,8), Finlandiya (+27,9), Yunanıstan (+17,5%) və Bolqarıstan (+48,9%) hesabına artıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR