Bank Of Baku

“Qazprom” qaz hasilatını azaldıb

“Qazprom” qaz hasilatını azaldıb
# 01 iyul 2022 14:25 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti 2022-ci ilin ilk altı ayında 238,4 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% azdır.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə "Qazprom" öz "Telegram” kanalında paylaşım edib.

"2022-ci ilin yanvar-iyun aylarında "Qazprom" ilkin məlumatlara görə, 238,4 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 8,6% (22,4 mlrd. kubmetr) azdır”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, 2021-ci ildə şirkət 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 mlrd. kubmetr çoxdur. Bu, son 13 ilin ən yüksək göstəricisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR