Hazırda qlobal qaz bazarında transformasiya gedir, qaz tədarükçüləri ilə istehlakçılar arasında münasibətlər deformasiyaya uğrayır.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller deyib.
“İndi, şübhəsiz ki, qlobal qaz bazarının transformasiyası baş verir. Burada transformasiya sözünün sinonimindən istifadə edə bilərik. Biz bunu ənənəvi istehlakçılar və qaz tədarükçüləri arasında onilliklər ərzində formalaşmış münasibətlərin deformasiyası kimi başa düşürük”, - Aleksey Miller qeyd edib.
Onun fikrincə, qısa bir zamanda baş verən transformasiyanın səbəbləri sırasında ədalətsiz rəqabət, istehlakçı ölkələrin qaz bazarı tənzimləyicilərinin kobud səhvləri və geosiyasi qeyri-sabitlik var.
“Nəticədə, qlobal qaz bazarı son dərəcə volatil (qeyri-sabit – red.) olub”, - Aleksey Miller vurğulayıb.