Bank Of Baku

“Qazprom” Rusiya, Belarus və Ermənistanın anbarlarında 74 mlrd. kubmetr qaz toplayıb

“Qazprom” Rusiya, Belarus və Ermənistanın anbarlarında 74 mlrd. kubmetr qaz toplayıb
# 26 oktyabr 2023 16:32 (UTC +04:00)

“Qazprom” şirkəti qarşıdan gələn istilik mövsümü üçün Rusiya, Belarus və Ermənistandakı yeraltı anbarlarında 74 milyard kubmetrdən çox qaz toplayıb.

Bu barədə “APA-Economics” “Qazprom”un yaydığı məlumatına istinadən xəbər verir.

Məlumata görə, şirkət Rusiyada yeraltı qaz saxlama obyektlərinin gücünü ardıcıl olaraq inkişaf etdirir. 2023-2024-cü illərin yanacağın çıxarılması mövsümünün əvvəlinə "Qazprom" anbarlarda 72,842 mlrd. kubmetr həcmində əməliyyat qaz ehtiyatı formalaşdırıb. Bu, Rusiya üçün rekord göstəricidir. Bununla yanaşı, Rusiya anbarlarının potensial maksimum gündəlik istehsalat gücü də yeni tarixi maksimuma - 858,8 mln. kubmetrə çatdırılıb.

Qeyd olunur ki, “Qazprom”un Belarus və Ermənistandakı yeraltı qaz anbarlarını nəzərə alsaq, qarşıdan gələn qışda şirkətin istismar qaz ehtiyatları 74,079 mlrd. kubmetr, gündəlik məhsuldarlığı 898,8 mln. kubmetr təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR