Bank Of Baku

“Qazprom”: Şimal axını ilə tədarük tamamilə dayandırılıb

“Qazprom”: Şimal axını ilə tədarük tamamilə dayandırılıb
# 31 avqust 2022 10:37 (UTC +04:00)

“Şimal axını” (“Nord Stream-1” – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb. Bu gün Portovaya kompressor stansiyasında işlək vəziyyətdə qalan yeganə qaz vurma qurğusunda təmirə başlanılıb.

APA-Economics” xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkətinin məlumatında bildirilir.

““Şimal axını” ilə tədarük tamamilə dayandırılıb və bu gün qaz vurma qurğusunda planlı-xəbərdaredici işlərə başlanılır”, - məlumatda deyilir.

Məlumata görə, kəmər vasitəsi ilə qazın nəqli 31 avqust tarixində (Moskva vaxtı ilə saat 04:00) dayandırılıb və 3 sentyabr tarixində (Moskva vaxtı ilə saat 04:00) bərpa ediləcək.

Qeyd edək ki, “Nord Stream-1” Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR