Bank Of Baku

"Qazprom": Ukrayna ərazisi ilə Avropaya müntəzəm rejimdə qaz nəql olunur

"Qazprom": Ukrayna ərazisi ilə Avropaya müntəzəm rejimdə qaz nəql olunur
# 28 mart 2022 12:03 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini davam etdirir.

"APA-Economics"in TASS-a istinadən verdiyi xəbərə görə, bunu "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib.

Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir.

Bu gün müraciətlərə əsasən, qeyd olunan istiqamət üzrə nəql üçün nəzərdə tutulan qazın həcmi 109,5 mln. kubmetr təşkil edir, bu da 27 mart tarixinə olan göstərici (109,6 mln. kubmetr) ilə müqayisədə cüzi azdır.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR