Qətər 2027-ci il üçün ildə 126 ton mayeləşdirilmiş təbii qaz (LNG) istehsal etmək məqsədi ilə LNG istehsalını genişləndirir.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qətərin energetika naziri Saad əl-Kaabi bildirib.
"LNG istehsalını genişləndiririk, sərmayə qoymuşuq, biz bu qazı Avropa və ya Asiyaya tədarük edə biləcəyik və gələcəkdə daha çox tədarük etməyə hazırıq", - nazir qeyd edib.
Lakin Saad əl-Kaabinin sözlərinə görə, Avropa İttifaqı ölkələrinin əksəriyyətində özəl şirkətlər fəaliyyət göstərir, ona görə də onların uzunmüddətli müqavilələr bağlaya bilib-bilməyəcəkləri məsələsi durur.