Bank Of Baku

Qətər Çin ilə LNG tədarükü üzrə yeni uzunmüddətli müqavilə imzalayıb

Qətər Çin ilə LNG tədarükü üzrə yeni uzunmüddətli müqavilə imzalayıb
# 20 iyun 2023 15:38 (UTC +04:00)

Qətər və Çinin dövlət neft-qaz şirkətləri “QatarEnergy” və “CNPC” 27 il müddətinə Çinə ildə 4 mln. ton həcmində mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, müqavilənin imzalanma mərasimi çərşənbə axşamı Dohada baş tutub. Bu, Qətərin Çin şirkətləri ilə bir ildən az müddətdə imzaladığı ikinci uzunmüddətli müqaviləsidir.

Məlumata görə, ötən ilin noyabrında “QatarEnergy” Çin dövlət şirkəti "Sinopec" ilə mayeləşdirilmiş təbii qazın tədarükünə dair müqavilə imzalayıb ki, bu da 27 il ərzində hər il 4 mln. ton LNG tədarükünü nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR