Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.
"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstəricinin 66,26 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,59 mln. barel).
Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,56 mln. barel səviyyəsində olub, bu da 0,01 mln. barel azalmaya doğru korrektə deməkdir.
Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,97 mln. barel təşkil edib.