Bank Of Baku

Qeyri-OPEC ölkələrində neft hasilatının artım tempi cüzi enəcək - PROQNOZ

Qeyri-OPEC ölkələrində neft hasilatının artım tempi cüzi enəcək - PROQNOZ
# 14 dekabr 2022 10:42 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azalmaya doğru cüzi korrektə edib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstərici 65,57 mln. barel həcmində (öncəki proqnoz – 65,58 mln. barel) proqnozlaşdırılır.

Hesabata əsasən, gələn il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,11 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 10 min barel azdır.

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR