Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0,28% azalaraq, 1 939,4 ABŞ dollarına bərabər olub.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (sentyabr müqavilələri üzrə) isə 1,1% azalaraq, 22,77 dollar təşkil edib.