Bank Of Baku

Qızıla olan qlobal tələbat bu ilin ikinci rübündə 6% azalıb

Qızıla olan qlobal tələbat bu ilin ikinci rübündə 6% azalıb
# 30 iyul 2024 15:42 (UTC +04:00)

Bu ilin ikinci rübündə dünyada qızıla olan tələbat illik müqayisədə 6% azalaraq 929 ton təşkil edib.

Bu barədə “APA-Economics” Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatına istinadən xəbər verir.

Təşkilatın hesabatında qeyd olunub ki, hesabat dövründə qiymətli metala tələbatın azalması qızılın rekord qiymətləri və eyni zamanda zərgərlik məmulatlarına tələbatın kəskin şəkildə azalması ilə bağlıdır. Belə ki, ilin ikinci rübündə zərgərlik məmulatlarına qlobal tələbat 391 ton səviyyəsində olub (19% azalma), bu da son 4 ilin minimum göstəricisi deməkdir.

Bununla belə, ikinci rübdə qızılın ümumi təklifi illik müqayisədə 4% artaraq 1 258 tona çatıb. Qızıl üzrə qlobal istehsal ikinci rüb üçün rekord səviyyədə olub və 929 ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR