Bank Of Baku

Qlobal enerji bazarları daha yüksək volatillik astanasındadır - PROQNOZ

Qlobal enerji bazarları daha yüksək volatillik astanasındadır - PROQNOZ
# 13 oktyabr 2021 11:41 (UTC +04:00)

Qlobal enerji daşıyıcıları bazarları sərmayələrin kifayət qədər olmadığı şəraitdə önümüzdəki illərdə yaşana biləcək daha yüksək volatillik astanasındadır.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) "World Energy Outlook 2021" hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, xammal defisiti bütün sənayelərdə və dünyanın bütün bölgələrində müşahidə edilə bilər.

Qeyd olunur ki, dünya 2014-cü və 2020-ci illərdə yer alan böhranlardan sonra neft və qaz hasilatına yatırılan investisiyalar azalıb, yeni enerji növlərinə qoyulan sərmayələrin isə hələ də planetin artan ehtiyaclarını ödəmək üçün qeyri-kafi olduğu bir vəziyyətlə üz-üzədir.

"Ekoloji təmiz enerji mənbələrinə qoyulan investisiyaların sürətləndirilməsi zəruridir, əks halda, dünya yüksək turbulentlik və volatillik dövü ilə üzləşəcək", - qlobal energetikanın 2050-ci ilədək inkişafını əhatə edən hesabata vurğulanır.

Eyni zamanda, IEA 2021-ci ildə başlayan enerji daşıyıcılarına qiymətlərin yüksək olduğu dövrünün uzun müddət davam edəcəyini gözləmir.

Bununla yanaşı, IEA iqlim dəyişikliyinin enerji sistemlərində qeyri-sabitlik riski daşıması barədə xəbərdarlıq edib. Beləliklə, agentliyin hesablamalarına görə, qlobal elektrik şəbəkələrinin tutumunun təxminən dörddə biri güclü küləklərin təsirindən məhv olma riski altındadır. Ən mülayim ssenaridə belə, 2050-ci ilədək havanın son dərəcə isti olduğu günlərin sayı iki dəfə artacaq ki, bu da elektrik enerjisi istehsalatda yükü artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR