Bank Of Baku

Qlobal gündəlik neft hasilatı gələn il 103 mln. bareli üstələyəcək - PROQNOZ

Qlobal gündəlik neft hasilatı gələn il 103 mln. bareli üstələyəcək - PROQNOZ
# 14 noyabr 2023 14:23 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1,7 mln. barel artaraq (öncəki proqnoza görə - 1,5 mln. barel), 101,8 mln. barelədək çatacaq.

Qeyd olunur ki, qlobal neft hasilatının artımı ABŞ və Braziliya hesabına mümkün olacaq.

Agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün 1,6 mln. barel artaraq 103,4 mln. barel çatacağını ehtimal edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR