Bank Of Baku

Qlobal neft bazarının profisiti kəskin artacaq - PROQNOZ

Qlobal neft bazarının profisiti kəskin artacaq - PROQNOZ
# 14 dekabr 2021 14:59 (UTC +04:00)

Bu ilin dekabr ayında qlobal neft hasilatı tələbatı üstələyəcək, 2022-ci ildə isə gündəlik təklif 6,4 mln. barel arta bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında deyilir.

Qeyd olunur ki, dekabr ayında qlobal neft hasilatı tələbatı üstələyəcək, bu da ABŞ və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrində istehsalın artması ilə əlaqədardır. Bu artım tendensiyası 2022-ci ildə də davam edəcəyi üçün ABŞ, Kanada və Braziliya ən yüksək illik səviyyədə neft hasil edə biləcəklər və bu, "qeyri-OPEC+" ölkələri üzrə ümumi gündəlik istehsalın 1,8 mln. barel artmasına səbəb ola bilər.

Proqnoza əsasən, Səudiyyə Ərəbistanı və Rusiya da istehsal üzrə rekord göstəricilər nümayiş etdirə bilərlər. Elə olduğu halda, gələn il qlobal gündəlik təklif 6,4 mln. barel arta bilər, halbuki 2021-ci ildə bu göstəricinin 1,5 mln. barel olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR