Bank Of Baku

Qlobal neft ehtiyatları 7 illik minimuma enib

Qlobal neft ehtiyatları 7 illik minimuma enib
# 11 fevral 2022 14:01 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin dekabr ayında noyabrla müqayisədə 60 mln. barel azalaraq, son 7 ilin ən aşağı göstəricisi səviyyəsində olub.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, dekabr ayında 2 680 mln. barel səviyyəsində olan qlobal neft ehtiyatlarının həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 355 mln. barel az olub.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR