Bank Of Baku

Qlobal neft ehtiyatları səkkizillik minimuma enib - IEA

Qlobal neft ehtiyatları səkkizillik minimuma enib - IEA
# 16 mart 2022 14:43 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin yanvar ayında ötən ilin dekabrı ilə müqayisədə 22,1 mln. barel azalaraq 2014-cü ilin aprel ayından bəri ən aşağı səviyyədə olub.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, dekabr ayında 2,621 mlrd. barel səviyyəsində olan qlobal neft ehtiyatlarının həcmi 2017-2021-ci illərin orta göstəricisindən 335,6 mln. barel aşağı olub.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR