Bank Of Baku

Qlobal neft hasilatının artımı davam edir - IEA

Qlobal neft hasilatının artımı davam edir - IEA
# 11 fevral 2022 14:47 (UTC +04:00)

Bu ilin yanvar ayında gündəlik qlobal neft hasilatı dekabr ayı ilə müqayisədə 560 min barel artıb.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, yanvar ayında qlobal gündəlik neft hasilatı 98,7 mln. barelə çatıb.

Qeyd olunur ki, bu göstəricilərə baxmayaraq artım templəri azalıb, bu da “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) tərəfindən hədəf göstəricilərinin yerinə yetirilməməsi ilə əlaqəlidir, nəticədə bazardan bu da hədəflərinin aşağı səviyyədə yerinə yetirilməsinə görə, nəticədə ilin əvvəlindən bazardan 300 mln. barel neft çıxarıb.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR