Qlobal neft tələbatının COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıtması cari ilin sonuncu rübündə mümkün ola bilər.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbər görə, bu barədə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl Caber Qlobal Enerji Forumu zamanı bildirib.
Onun sözlərinə görə, təklif yaxın gələcəkdə tələbə nisbətən azalmağa başlayacaq.
O əlavə edib ki, hazırda neftə olan gündəlik tələbat ötən illə müqayisədə təxminən 3 mln. barel artıb.
Nazir onu da bildirib ki, neft-qaz sənayesinə illik investisiya qoyuluşları tələb olunan səviyyədən 200 milyard dollar azdır və bu sahəyə investisiyaların uzun müddət ərzində azalması bazarlarda risklər yaradıb.
Sultan Əl Caberin sözlərinə görə, BƏƏ 2030-cu il üçün gündəlik neft hasilatını 5 milyon barelə çatdıracaq və mayeləşdirilmiş təbii qazın (LNG) ixracını artırmaq üçün qaz hasilat 30% yüksəldəcək.