Bank Of Baku

Qlobal neft tələbatı tədricən bərpa olunacaq - PROQNOZ

Qlobal neft tələbatı tədricən bərpa olunacaq - PROQNOZ
# 09 fevral 2022 10:05 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2022-2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yüksəldib.

"APA-Ecocomics" EIA-in aylıq hesabatına istinadən xəbər verir ki, bu il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,48 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,21 mln. barel çoxdur.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,61 mln. barel səviyyəsində olacaq, bu isə əvvəlki proqnoz göstəricisindən 0,09 mln. barel çoxdur.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,07 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91,81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.

EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat pandemiyadan əvvəlki səviyyəni bu il deyil, gələn il ötəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR