Bank Of Baku

Qlobal neft tələbətının artım tempi ilin ikinci yarısında sürətlənəcək - PROQNOZ

Qlobal neft tələbətının artım tempi ilin ikinci yarısında sürətlənəcək - PROQNOZ
# 14 aprel 2023 14:02 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

APA-Economics”in Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, gündəlik qlobal neft tələbatı 2023-cü ilin birinci rübündə Çin iqtisadiyyatının karantindən çıxması ilə 810 min barel artaraq, yüksəlişə qayıdıb.

Agentliyin proqnozuna görə, gündəlik tələb artımı il ərzində sürət yığaraq və 2023-cü ilin ikinci yarısında 2,4 mln. barelə qədər sürətlənərək, 103,1 mln. barelə çatdıracaq.

Qeyd olunur ki, ötən il qlobal neft tələbatının orta illik artım tempi 2,6 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR