Bank Of Baku

Qlobal qalay istehsalı ötən il 11% artıb

Qlobal qalay istehsalı ötən il 11% artıb
# 16 fevral 2022 12:10 (UTC +04:00)

2021-ci ildə dünyada təmizlənmiş qalay istehsalı 11% artaraq bir il əvvəlki 339,4 min tonla müqayisədə 378,4 min ton təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Qalay Assosiasiyasının (ITA) hesabatında deyilir.

Beləliklə, sənaye COVID-19 pandemiyası zamanı gerilədikdən sonra bərpa olunub.

Çinin "Yunnan Tin" şirkəti ötən il istehsal həcminə görə dünyada lider mövqeyini əhəmiyyətli fərqlə qoruyub. 2020-ci ildə ikinci olan İndoneziyanın "PT Timah" şirkəti isə üçüncü pilləyə enib. Onun yerini Perunun "Minsur" şirkəti tutub.

2021-ci ildə dünyanın aparıcı 10 şirkətinin payına qlobal metal istehsalının 59%-i düşüb, 2020-ci ildə bu göstərici 67%-ə bərabər idi. Bu, digər şeylərlə yanaşı, ardıcıl ikinci ildir "PT Timah"ın hasilatının əhəmiyyətli dərəcədə azalması, eləcə də Malayziya hökuməti tərəfindən tətbiq edilən ciddi anti-COVID məhdudiyyətlərinə görə "Malaysia Smelting Corp"un istehsalının azalması ilə əlaqədardır.

"Biz COVID-19 və layihə ilə bağlı əlavə çətinliklər gözləmirik və 2022-ci ildə istehsalda artımın davam edəcəyini, təxminən 4% olacağı gözləyirik", - ITA-nın bəyanatında deyilir.

Xatırladaq ki, ITA (keçmiş ITRI) 1932-ci ildə Londonda təsis edilib və bütün dünyada qalay istehsalı və emalı ilə məşğul olan şirkətləri birləşdirir. Onun üzvləri bu metalın qlobal istehsalının təxminən üçdə ikisini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR