Qlobal qaz hasilatı bu il 3%-dək artacaq - PROQNOZ

Qlobal qaz hasilatı bu il 3%-dək artacaq -  PROQNOZ
# 19 fevral 2024 12:03 (UTC +04:00)

Cari ildə qlobal qaz hasilatı əvvəlki illə müqayisədə 2,8% artaraq 4,162 trilyon kubmetrə çata bilər. Artımın əhəmiyyətli hissəsi MDB ölkələrinin payına düşəcək.

Bu barədə “APA-Economics” Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Şimali Amerikada hasilat 1,305 trilyon kubmetrə (2% artım), Yaxın Şərqdə isə 732 milyard kubmetrə (3,3% artın) çata bilər.

Eyni zamanda, MDB ölkələrində 2024-cü ildə qaz hasilatı 817 milyard kubmetr təşkil edə bilər (4%-dən çox artım), bu da əvvəlki iki ildən çox, lakin 2021-ci ilin səviyyəsindən (910 milyard kubmetr) isə azdır

Asiya-Sakit okean regionunda qaz hasilatı 2%, Afrikada 4,8%, Latın Amerikasında 0,6% arta bilər. Avropada da 2,8%-lik artım mümkündür (220 milyard kubmetr).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR