Bu il qaza olan qlobql tələbatın artım tempi ötən ilki 4,6%-lik yüksəlişdən sonar 0,9%-dək enəcək, Avropada bu göstərici 4% azalacaq.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, 2021-ci ildə “mavi” yanacağın qlobal istehlakı 4,109 trln. kubmetrə çatıb. Cari ildə isə bu göstərici 4,148 trln. kubmetrə qədər yüksələcək.
Eyni zamanda, Avropa istisna olmaqla, demək olar ki, bütün əsas istehlak regionlarında qaza tələbatın artımı ləng olsa da, gözlənilir. Beləliklə, Şimali Amerikada qaz istehlakının 1%, Cənubi və Mərkəzi Amerikada - 1%-dən az, Asiyada - 5% artımı proqnozlaşdırılır, lakin Avropada cari il qaz istehlakı ötən ilki 5,5%-lik artımdan sonra, 4% azalacaq.