“Rosatom” Türkiyədə üçüncü atom elektrik stansiyasını tikə bilər

“Rosatom” Türkiyədə üçüncü atom elektrik stansiyasını tikə bilər
# 28 fevral 2024 16:41 (UTC +04:00)

“Rosatom” (Rusiyanın dövlət atom enerjisi korporasiyası) Türkiyədə üçüncü atom elektrik stansiyasının tikintisi üzrə tenderdə iştirak etmək imkanını istisna etmir.

APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib.

"Türkiyədə daha bir sahə var ki, respublika rəhbərliyi də orada atom enerjisini inkişaf etdirməyi planlaşdırır. Və çox güman ki, bir neçə təchizatçı bunun üçün mübarizə aparacaq. Biz rəqabətdən qorxmuruq, əksinə, bu, bizi daha da çox ruhlandırır”, - Korporasiyanın baş direktoru bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR