Bank Of Baku

Rostov rəhbərliyi bölgədə kifayət qədər yanacaq ehtiyatı olduğunu bildirib

Rostov rəhbərliyi bölgədə kifayət qədər yanacaq ehtiyatı olduğunu bildirib
# 24 iyun 2023 13:40 (UTC +04:00)

Rusiyanın Rostov vilayətindəki bütün neft bazalarında kifayət qədər yanacaq var, tədarükdə fasilələr gözlənilmir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə vilayət qubernatorunun müavini İqor Sorokin bildirib.

"Hazırda Rostov vilayətində yanacağın tədarükündə fasilələr gözlənilmir. Yanacaqdoldurma məntəqələri adi rejimdə işləyir. Bölgədəki bütün neft bazalarında kifayət qədər yanacaq ehtiyatı var, yanacaqdoldurma məntəqələrinə tədarük plana uyğun həyata keçirilir", - İqor Sorokin qeyd edib.

O əlavə edib ki, bu məsələ Rostov vilayətinin Sənaye və Energetika Nazirliyinin nəzarətindədir.

Bundan əvvəl Rostov-na-Donu administrasiyası da elan etmişdi ki, şəhərdə qida, su, yanacaq və gigiyena məhsulları qıtlığı yoxdur və bu kateqoriyadan olan malları böyük miqdarda almağa dəyməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR