Bank Of Baku

Rövnəq Abdullayev İranın neft naziri ilə görüşüb

Rövnəq Abdullayev İranın neft naziri ilə görüşüb
# 09 dekabr 2021 15:51 (UTC +04:00)

Tehranda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İranın neft naziri Cavad Oci ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki tərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər iki ölkə arasında qaz sahəsində əməkdaşlığa dair danışıqlar aparıb.

Görüşdə həmçinin Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin icrası və bu sazişin icrası üçün işlərin görülməsi haqqında danışıq aparılıb.

Azərbaycan nümayəndə heyətinin İran Neft naziri ilə görüşdə eləcə də enerji sahəsində əməkdaşlıq və Xəzər dənizində əməkdaşlığın möhkəmləndirilməsi haqqında müzakirə aparıb.

Qeyd edək ki, Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi haqqında saziş ölkə prezidentlərinin Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində baş tutan görüşündən sonra imzalanıb.

Sazişə əsasən ildə 1,5 -2 milyard kub metr qaz Türkmənistandan İran vasitəsilə Azərbaycana nəql olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR