Bank Of Baku

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə yeni sədr təyin olunub - RƏSMİ

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə yeni sədr təyin olunub - RƏSMİ
# 05 sentyabr 2019 18:55 (UTC +04:00)

Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də sərəncam imzalayıb.

Təyinatla bağlı məlumat Maliyyə Monitorinqi Xidmətinin saytında rəhbərlik bölməsinə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl R. Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 3-cü dərəcəli dövlət müşaviridir.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR