Bank Of Baku

Rumıniya Baş naziri: Azərbaycan qazı Rumıniyanın enerji təhlükəsizliyini gücləndirəcək

Rumıniya Baş naziri: Azərbaycan qazı Rumıniyanın enerji təhlükəsizliyini gücləndirəcək
# 17 dekabr 2022 13:10 (UTC +04:00)

Azərbaycan qazının 2023-cü ilin əvvəllərində çatdırılmasına başlanılması Rumıniyanın enerji təhlükəsizliyini daha da gücləndirəcək.

APA xəbər verir ki, bunu dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke deyib.

“Mən Azərbaycan qazının 2023-cü ilin əvvəllərində Rumıniyaya çatdırılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsi kimi proqresi səmimi şəkildə alqışlayıram. Bu, əla xəbərdir. Rumıniya olaraq, bizim enerji təhlükəsizliyimiz baxımından daha bir qoruyucumuz olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR