Bank Of Baku

Rusiya 2050-ci ilə qədər neft hasilatı üzrə hədəflərini açıqlayıb

Rusiya 2050-ci ilə qədər neft hasilatı üzrə hədəflərini açıqlayıb
# 26 sentyabr 2024 11:25 (UTC +04:00)

Rusiyanın 2050-ci ilə qədər baza ssenarisinə əsasən, neft hasilatı hədəfi 540 mln. ton təşkil edir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

Onun sözlərinə görə, qeyd olunanlara baxmayaraq, həcmlər ölkənin “OPEC+” çərçivəsində öhdəliklərindən asılı olaraq tənzimlənə bilər.

Nazir müavini qeyd edib ki, Rusiya həm 2030-cu, həm də 2050-ci ilə qədər tələbatın potensial artımına əminliklə yanaşır.

Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR