Bank Of Baku

Rusiya bu il maye karbohidrogenlərin hasilatına cəmi 4% artıra bilər - OPEC

Rusiya bu il maye karbohidrogenlərin hasilatına cəmi 4% artıra bilər - OPEC
# 12 aprel 2022 17:55 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya üzrə bu il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi azaldıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 11,23 mln. barel səviyyəsində olacaq (əvvəlki proqnoza əsasən 11,76 mln. barel).

Proqnoza əsaslanaraq qeyd etmək olar ki, ötən ilin göstəricisi ilə müqayisədə bu il Rusiya gündəlik neft və digər maye karbohidrogenlərin hasilatını 4,01% artıra bilər (öncə ki proqnoz – 8,93%).

Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,8 mln. barel səviyyəsində olub. 2020-ci ilin göstəricisi ilə müqayisədə 2021-ci ildə 2% artım qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR