Rusiya-İran Buşehr atom elektrik stansiyasının yeni bloklarının tikintisi qrafiki, sanksiyaların tətbiqinə baxmayaraq, dəyişmir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Siyasətçinin sözlərinə görə, tərəflər Rusiya nümayəndə heyətinin Tehrana səfəri zamanı AES-in ikinci və üçüncü enerji bloklarının tikintisinin şərtlərini müzakirə ediblər.
Aleksandr Novak onu da əlavə edib ki, layihə üzrə hər şey müqaviləyə uyğun gedir.