Bank Of Baku

Rusiya LNG istehsalını 140 mln. tona çatdıracaq

Rusiya LNG istehsalını 140 mln. tona çatdıracaq
# 11 sentyabr 2023 11:03 (UTC +04:00)

Rusiya Federasiyasının Energetika Nazirliyi mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının 2035-ci ilə qədər 140 mln. tona çatdırılması proqnozuna əməl edir.

APA-Economics” xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Nikolay Şulqinov “RİA Novosti”yə müsahibəsində bildirib.

"2035-ci ilə qədər bizim proqnozun yuxarı həddi var - 140 mln. ton, ona yenidən baxılmayıb. 2030-cu ilə qədər isə 100 mln. ton yeni hədəfimizdir", - Nikolay Şulqinov qeyd edib.

O, Dövlət Dumasında daha əvvəl LNG istehsalını 180 milyon tona çatdırmağın mümkün olacağı ilə bağlı fikirlər səsləndirmişdi.

“Hesab edirəm ki, indiki şəraitdə belə planlar o qədər də real deyil”, - nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR