Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu açıqlayıb.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,8 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozla müqayisədə 0,01 mln. barel artıma doğru korrektə deməkdir. 2020-ci ilin göstəricisi ilə müqayisədə 2021-ci ildə 1,95% artım qeydə alınıb.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 11,78 mln. barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).
Proqnoza əsaslanaraq qeyd etmək olar ki, ötən ilin proqnoz göstəricisi ilə müqayisədə bu il Rusiya gündəlik neft və digər maye karbohidrogenlərin hasilatını 9,08% artıra bilər.
OPEC-in məlumatlarına görə, 2020-ci ildə Rusiyada gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 10,59 mln. barel olub.