Rusiya neftinin alınmasına qoyula biləcək qadağa ciddi nəticələnməyə bilməz, bu, dünya enerji bazarlarını sarsıda bilər.
"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Diqqətlə izlədiyimiz mövzudur. Təbii ki, bu, dünya enerji bazarlarını demək olar, alt-üst edə biləcək bir vəziyyətdir, bunun kifayət qədər ciddi nəticələri olmaya bilməz. Biz situasiyanın inkişafını diqqətlə izləyirik", - o deyib.
Cümə günü Ağ Evdə İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz bildirib ki, ABŞ Rusiya neftinin istifadəsini məhdudlaşdırmağı düşünür, lakin qlobal enerji bazarına zərər verəcək addımlar atılmayacaq.