Bank Of Baku

Rusiya ötən il neft ixracını azaldıb

Rusiya ötən il neft ixracını azaldıb
# 24 fevral 2022 11:09 (UTC +04:00)

Ötən il Rusiya 230 mln. ton neft ixrac edib, bu da illik müqayisədə 3,8% azdır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Federal Dövlət Statistika Xidmətinin məlumatında deyilir.

Məlumata görə, Rusiya Federasiyasında 2021-ci il ərzində neft hasilatı 524 mln. ton təşkil edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,1% çoxdur.

Qeyd edilir ki, 2021-ci ildə neft ixracının ümumi Rusiya ixracında payı 22,4% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR