Qazaxıstan, Rusiya və Özbəkistan qaz nəqli sistemlərinin texniki imkanlarını müzakirə edirlər, lakin qaz ittifaqının yaradılmasından söhbət getmir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın energetika naziri Bolat Akçulakov deyib.
"Əslində qaz ittifaqının yaradılması məsələsi müzakirə olunmayıb. Bütün müzakirələr ikitərəfli əməkdaşlıq formatında olub, Qazaxıstan-Rusiya Federasiyası, Qazaxıstan-Özbəkistan arasında. Üçtərəfli formatda müzakirə olunmayıb. Biz sistemlərimizin texniki imkanlarını müzakirə edirik”, - nazir qeyd edib.
Nazir əlavə edib ki, qaz sahəsində əməkdaşlıq məsələləri hər üç tərəfin koordinasiyasını tələb edir: "Bunlar işlək məsələlərdir, ona görə, hər hansı ittifaqın yaradılması haqqında heç bir söhbət olmayıb".