Bank Of Baku

Rusiya Qazaxıstanın qazlaşdırılmasında iştirak edə bilər

Rusiya Qazaxıstanın qazlaşdırılmasında iştirak edə bilər
# 04 noyabr 2021 11:43 (UTC +04:00)

Qazaxıstan hökuməti ölkənin şimalında və şərqində yerləşən şəhərlərin qazlaşdırılmasının iki variantını nəzərdən keçirir.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzəqaliyev hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu variantlardan biri Rusiyadan magistral qaz kəmərlərinin çəkilməsidir.

"Bu gün Petropavlovsk, Kokşetau, Ust-Kamenoqorsk, Semey, Pavlodar şəhərləri qazla təmin olunmur. Eyni zamanda, bu şəhərlərin qazlaşdırılması üçün bir neçə variant var: "Sarıarka" magistral qaz kəmərinin davam etdirilməsi və ya Rusiya Federasiyasından magistral qaz kəmərlərinin çəkilməsi", - deyə M. Mirzəqaliyev bildirib.

O həmçinin əlavə edib ki, "Qazprom" və "Kaztransqaz" şirkətləri cari ilin sonunadək şimal və şərq bölgələrinin qazlaşdırılması üçün hesablamalar aparmağı və məqbul variantı işləyib hazırlamağı planlaşdırır. Bu gün Qazaxıstanda qazlaşdırma səviyyəsi 54,3% təşkil edir. 2025-ci ilədək bu göstəricinin 60%-ə çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR