Bank Of Baku

Rusiya qazının Türkiyədən tranziti ideyası Astanada müzakirə ediləcək

Rusiya qazının Türkiyədən tranziti ideyası Astanada müzakirə ediləcək
# 12 oktyabr 2022 18:04 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Şimal axın”ları ilə nəql olunan qazın səmtinin dəyişilərək Qara dəniz istiqamətində tranziti məsələsini Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşdə müzakirə edəcəklər.

APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Sabah keçiriləcək görüş zamanı bu məsələnin müzakirəsinin ehtimalı böyükdür.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezin sözlərinə görə, qaz nəqlinin səmtinin dəyişdirilməsi texniki cəhətdən mümkündür. Bu təklif hərtərəfli şəkildə araşdırılmalıdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsindəki çıxışı zamanı deyib ki, Türkiyədə böyük qovşaq yaratmaqla “Şimal axın”ları ilə nəql olunan qazın səmtini dəyişmək olar. Rusiya əsas yanacaq təchizatı marşrutundan istifadə edərək qazın Qara dəniz istiqamətində nəqlini həyata keçirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR