Bank Of Baku

Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya nəqli maksimum səviyyədədir

Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya nəqli maksimum səviyyədədir
# 07 mart 2022 11:55 (UTC +04:00)

Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranziti maksimum səviyyədə olaraq qalır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.

Xəbərə görə, müraciətlərə əsasən, martın 6-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 109,5 mln. kubmetr təşkil edir. Bununla yanaşı, fevralın 24-dən etibarən Ukrayna ərazisi ilə qazı tranziti kəskin artıb və hazırda maksimum səviyyədədir.

Qeyd olunur ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,6 mln. kubmetr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR