Bank Of Baku

Rusiya qazının Ukraynadan Avropaya nəqli maksimuma yaxındır

Rusiya qazının Ukraynadan Avropaya nəqli maksimuma yaxındır
# 22 mart 2022 11:14 (UTC +04:00)

Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranziti maksimuma yaxın səviyyədə olaraq qalır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.

Xəbərə görə, alıcıların müraciətlərinə əsasən, martın 22-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 107,5 mln. kubmetr təşkil edir.

Qeyd olunur ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,6 mln. kubmetr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR