Bank Of Baku

Rusiya qlobal LNG bazarı ilə bağlı hədəflərini açıqlayıb

Rusiya qlobal LNG bazarı ilə bağlı hədəflərini açıqlayıb
# 04 noyabr 2023 16:00 (UTC +04:00)

Rusiya 2030-cu il üçün qlobal mayeləşdirilmiş təbii qaz (LNG) istehsalında 20%-ə sahib olmağı hədəfləyir.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak deyib.

"Biz 2030-cu il üçün təxminən 100 mln. ton LNG istehsalı səviyyəsinə çatmağı planlaşdırırıq, müqayisə üçün, cari il bu 30 mln. tondur", - Aleksandr Novar qeyd edib.

Onun sözlərinə görə, bu gün dünyada LNG istehsalında Rusiya Federasiyasının payı təxminən 8% təşkil edir.

“Biz dünya üzrə ümumi LNG istehsalı və istehlakının təxminən 20%-nə çatmağı qarşımıza məqsəd qoymuşuq”, - baş nazirinin müavini qeyd edib.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyada LNG istehsalı 23,6 mln. ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR