Bank Of Baku

Rusiya Türkiyəyə qaz ixracını kəskin artırıb

Rusiya Türkiyəyə qaz ixracını kəskin artırıb
# 13 avqust 2021 16:25 (UTC +04:00)

Bu ilin birinci yarısında Rusiyanın "Qazprom" şirkəti Türkiyəyə təbii qaz ixracını üç dəfədən çox artıraraq 14,62 mlrd. kubmetrə çatdırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı şirkətə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında "Qazprom" Türkiyəyə 4,7 mlrd. kubmetr qaz tədarük edib.

Qeyd olunur ki, ilin birinci yarısında şirkət üzrə Qərbi Avropaya tədarük ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,3 dəfə artaraq 77,24 mlrd. kubmetrə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR