Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini davam etdirir.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu TASS-a "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.
Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir. Bu gün müraciətlərə əsasən qeyd olunan istiqamət üzrə nəql üçün nəzərdə tutulan qazın həcmi 83 mln. kubmetr səviyyəsindədir, bu da 23 fevral tarixinə olan göstərici ilə müqayisədə 31,4% çoxdur.